15 noyabr 2020, 14:38
İxtiyar Hüseynov və başqalarından, Füzuli, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda qətiyyətli, dönməz mövqeyinizin nəticəsidir ki, bu gün xalqımız möhtəşəm Qələbəni qeyd edir.
Sizin komandanlığınız altında müzəffər Ordumuz düşmən üzərində şanlı Qələbə qazandı. Bu sevinc hisslərini bizə yaşatdığınız üçün Sizə bütün füzulililər adından dərin təşəkkürümüzü bildiririk.
Allah Sizi, mətin əsgər və zabitlərimizi qorusun!
Hörmətlə,
Hüseynov İxtiyar Rəvan oğlu
Hətəmov Akşin Məcnun oğlu
Əliyev Hikmət Nazim oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu, Mahmudlu-1 kəndi.-0-