15 noyabr 2020, 14:28
Mahizər Əsgərova və Səbinə Quliyevadan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Mənfur erməni vandalları tərəfindən işğal olunaraq talanmış doğma torpaqlarımızın azad edilməsi 28 illik həsrətimizə son qoyur. Allah Sizdən və müzəffər Ordumuzun igid əsgərlərindən razı olsun. Allah Sizin kölgənizi başımızın üzərindən əskik etməsin. Allah Sizi və müzəffər Ordumuzu qorusun!
Hörmətlə,
Mahizər Əsgərova
Səbinə Quliyeva
Azərbaycan Respublikası, Ağcabədi rayonu, 556 ailəlik qəsəbə.