15 noyabr 2020, 14:26

Ramiz Əzizbəylidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müharibə başlayan gündən Sizin yürütdüyünüz siyasəti yaxından izləyirəm.

Düşmənə hərbi və siyasi müstəvidə göstərdiyiniz şücaətli mübarizəni bütün xalqım kimi mən də ürəkdən bəyənir və dəstəkləyirəm.

Çətin mübarizələrdən sonra, nəhayət ki, Qarabağımız, göz bəbəyimiz işğaldan azad olundu, Azərbaycanımız ərazi bütövlüyünə qovuşdu.

Cənab Prezident, Ulu Öndərin vəsiyyətini yerinə yetirməklə onun ruhunu şad etdiniz və adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız.

Bu şanlı Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Uğurlarınızın davamlı olmasını arzu edirəm.

Azərbaycan xalqı Sizinlə fəxr edir.

Hörmətlə,

Əzizbəyli Ramiz Hacı Ağa oğlu

Xalq artisti

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.