Nüsrət Həsənəliyevdən, Qubadlı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Biz Sizinlə, Ordumuzla fəxr edirik. Rəbbimiz Sizi qorusun. Mən AIlahını, dövIətini, millətini, torpağını sevən sadə bir vətəndaşam. Könüllü olaraq Qubadlı rayon Hərbi Komissarlığında səfərbərliyə yazılsam da, yaşımla əlaqədar məni çağırmadıIar. Buna baxmayaraq canımı can Azərbaycana fəda etməyə hər an hazıram. Xilaskar sərkərdəmizin, şəhid analarımızın, Ordumuzun qarşısında baş əyməyi özümə borc bilirəm.
Mən siyasətçi deyiləm, amma bu mənim şəxsi fikrimdir: Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yəqin ki, dövlətimiz parçalanacaqdı. Babək, general Şıxlinski, Həzi Aslanov, Heydər Əliyev, Əliyar Əliyev, Milli qəhrəman Mübariz İbrahimov, general Polad Həşimov və sairə kimi oğulları olan məmləkət basılmaz!
Allah qoysa, mən də Sizin və Ordumuzun sayəsində mənfur düşməndən azad edilmiş Qubadlıma qayıdacağam. Var olun, əziz Prezidentimiz!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Nüsrət Həsənəliyev
Azərbaycan Respublikası, Qubadlı rayonu.-0-