15 noyabr 2020, 14:16

İslam Hüseynovdan, Ulyanovsk, Rusiya

Çox hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycan xalqının möhtəşəm zəfəri münasibətilə dünyanın hər yerindən Sizə göndərilən təbriklərə və minnətdarlıqlara mən də qoşulum. Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü tam və həmişəlik bərpa etməsinə doğru bu nəhəng addımın atılmasının ilhamverici qüvvəsi və rəhbəri Siz oldunuz.

Qarabağın işğalçılardan azad edilməsi uğrunda aparılan və 2020-ci il noyabrın 10-da başa çatdırılmış əməliyyat dünya tarixinə Azərbaycan Ordusunun Ali Baş Komandanının müdrikliyi, əzm və qətiyyətinin təsdiqi, həmçinin bu Ordu döyüşçülərinin igidliyi, cəsarəti, yenilməzliyi ilə əbədi yazıldı.

Azərbaycan diplomatları, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşları çox böyük, misilsiz işlər görmüşlər.

Möhtərəm Prezident, Siz bütün millətimizi yumruq kimi birləşdirdiniz, xalqın öz qüvvəllərinə inamını qaytardınız, Azərbaycan xalqının vətənpərvərliyini lazımi məcraya yönəldə bildiniz! Sizin adınız dahi atanızın adı kimi Azərbaycan salnaməsinə əbədi həkk olundu. Heydər Əliyev çətin bir dövrdə yeni Azərbaycan yaratdı. İlham Əliyev ölkəni möhkəmləndirdi və sıx birləşdirdi, gücləndirdi, özünə məxsus olanı geri qaytarmağa və bir daha heç vaxt verməməyə qadir dövlətə çevirdi.

Cənab Prezident, Ulyanovsk vilayətində yaşayan bütün azərbaycanlıların səmimi minnətdarlığını qəbul edin!

Hörmətlə,

Hüseynov İslam,

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri.

Rusiya Federasiyası, Ulyanovsk vilayəti.