Nəcəf Həsənovdan, Goranboy, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Xalqımızın və Türk dünyasının keşməşekli tarixinin içərisindən süzülüb gələn qəhrəmanlıq salnamələrimiz bu gün də təkrarlanmaqdadır. Hər əsrdə bir dahi, bir sərkərdə yetişdirən millətimizə müasir dövrdə Ulu Tanrı Sizin kimi xilaskar rəhbər bəxş etmişdir. Apardığınız uğurlu və qətiyyətli siyasət gələcək nəsillərimizin və Azərbaycanımızın xoş gələcəyinə hesablanmışdır. Həyata keçirdiyiniz işlər ölkəmizin, bütövlükdə Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunur. Yürütdüyünüz siyasət onu deməyə əsas verir ki, Sizin və başçılıq etdiyiniz müzəffər Azərbaycan Ordusunun sayəsində işğaldan qurtarılmış Şuşa və digər rayonlarımız, habelə Xankəndi tezliklə gülüstana çevriləcək. Dindarlarımız sübh namazına Şuşa məscidində verilmiş azan səsi ilə oyanacaq.
Sizinlə tezliklə, Xankəndidə, Şuşada, Laçında görüşmək arzusu ilə sağollaşıram.
Hörmətlə,
Nəcəf Həsənov
Xocalı rayonu Kərkicahan qəsəbəsindən məcburi köçkün
Azərbaycan Respublikası, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi.