Samir Adıgözəllidən, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Böyük Qələbə münasibətilə Sizi Azərbaycan Respublikası İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin kollektivi adından, şəxsən özüm və ailəm adından ürəkdən təbrik edirəm. Qarabağımızın incisi Şuşanın azadlığı - bu böyük sevinci bizə, millətimizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümü bildirirəm. Siz və müzəffər Ordumuz torpaqlarımızı mənfur düşməndən azad edərək yeni bir tarix yazdınız. Siz xalqımızın yenilməz sərkərdəsi, Şuşamızın xilaskarı oldunuz. Apardığınız Vətən müharibəsi xalqımızı, dövlətimizi hədəflərimizə doğru bir yumruq kimi birləşdirdi. Bütün bunlar Sizin siyasi iradəniz, üstün şəxsi keyfiyyətləriniz və bütün şər qüvvələrə qarşı cəsarətiniz hesabına baş verdi.
Hər bir çıxışınız bizim üçün əhəmiyyətli olmuş və ideya kimi fəaliyyətimizdə yol xəritəmizi müəyyən etmişdir. Bundan sonra da yolunuz yolumuzdur. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun.
Aparılan müqəddəs döyüşdə canlarını fəda edən şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirik.
Tanrı Sizə yar olsun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Samir Adıgözəlli
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.