15 noyabr 2020, 14:00

Fəxrəddin Mehdiyev və Səbinə Şükürovadan, Füzuli, Azərbaycan

Hörmətli Prezidentimiz.

Bizə böyük Qələbə sevincini yaşatdığınız üçün 34 saylı tam orta məktəbin bütün kollektivi və ailə üzvlərimiz adından dərin təşəkkürümüzü bildiririk.

Sizin fədakar əməyiniz və qüdrətli Ordumuzun gücü sayəsində biz zəfər çaldıq. Buna görə Sizlərə minnətdarıq.

Azərbaycan xalqı Sizin arxanızdadır və ölkəmizin gələcəyi naminə atacağınız bütün addımları dəstəkləyirik.

Hörmətlə,

Fəxrəddin Mehdiyev

34 saylı tam orta məktəbin direktoru

Səbinə Şükürova

34 saylı tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası, Füzuli rayonu.