15 noyabr 2020, 13:40

Natiq Cəlilovdan, Şəki, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Sizi və Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Böyük sərkərdələr tarixdə 100 ildən bir yetişir. Mən öz sərkərdəmlə, Ali Baş Komandan İlham Əliyevlə fəxr edirəm. Müzəffər Azərbaycan Ordusunu, onun igid əsgər və zabitlərini səmimi qəlbdən təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, onların müqəddəs ruhları qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm. Allah Azərbaycan Ordusunu qorusun, daim var eləsin!

Hörmətli Ali Baş Komandanım, Siz tarixə Azərbaycan xalqının qürurunu, birliyini, qəhrəmanlığını və torpaqlarını geri qaytaran bir sərkərdə kimi düşdünüz. Heç kəs bunu unutmayacaq. Xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşdi və daha da qüvvətli oldu. Mən Sizinlə fəxr edirəm. Siz mənim üçün əbədi Prezidentsiniz.

Allah Azərbaycan və Türkiyə xalqlarını qorusun!

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

Hörmətlə,

Cəlilov Natiq Nemət oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.