15 noyabr 2020, 13:23
Abdulla Dadayevdən, Zaqatala, Azərbaycan
Müzəffər Ali Baş Komandanımız,
İlk öncə Maqov kənd bələdiyyəsinin kollektivi adından Sizi və bütün Azərbaycan xalqını böyük Qələbə münasibətilə ürəkdən təbrik edirik. Sizə və bütün qəhrəman əsgərlərimizə möhkəm cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzu edirik.
Cənab Prezident, bu böyük sevinci, gözəl anları xalqımıza yaşatdığınıza görə Sizə nə qədər minnətdar olsaq azdır. Eşq olsun Sizə və komandanlıq etdiyiniz Orduya! Ulu Tanrı Sizi, Ordumuzu və xalqımızı qorusun!
Hörmətlə,
Dadayev Abdulla,
Maqov kənd bələdiyyəsinin kollektivi adından.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Maqov kəndi.