15 noyabr 2020, 13:22
Kamalə Səfərovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə Azərbaycanın rəşadətli Ordusunun göstərdiyi şücaətlər bizi sevindirir. Siz bu gün qətiyyətli mövqeyiniz və möhkəm iradənizlə dövlətimizin şanlı tarixini yazırsınız. Bu münasibətilə Sizi və xalqımızı səmimi qəlbdən təbrik edirik.
Sizin xalqımıza təbrik səsiniz işğaldan azad olunmuş rayonlardan və Azərbaycanın incisi xarı bülbül qoxulu, əzəli yurd yerimiz olan doğma Şuşadan gəlsin.
Allah Sizi bu xalqdan, xalqı da Sizdən ayırmasın. Biz Sizinlə fəxr edirik. Ulu Tanrı Sizə yar olsun!
Allah Sizi və Milli Ordumuzu qorusun!
Hörmətlə,
Səfərova Kamalə Əsəd qızı,
Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.