15 noyabr 2020, 13:16
Şəmməd Şəmmədovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident!
Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Erməni işğalçıları üzərində ordumuzun böyük qələbəsi məhz Sizin apardığınız müdrik siyasətin məntiqi nəticəsidir. Bu gün biz Azərbaycanlı olduğumuz üçün fəxr edir və böyük qürur duyuruq. Düzgün Ordu quruculuğu sahəsində xalqımıza bəxş etdiyiniz bu parlaq qələbəni xoş xatirələrlə heç zaman unutmayacağıq. Bu gün şəhidlərimizin ruhu şaddır, cənab Prezident! Uca Tanrı Sizi və rəhbərliyiniz altında güclü ordumuzu qorusun böyük Ali Baş Komandanımız.
Hörmətlə,
Şəmmədov Şəmməd Malik oğlu,
Azərbaycan Respublikası, Ağcabədi rayonu.