15 noyabr 2020, 13:09
Nicat Seyidovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan!
Biz Sizi çox sevirik və Sizin rəhbərliyiniz altında fəaliyyət göstərdiyimiz üçün qürur duyuruq. Məhz Sizin apardığınız düzgün siyasət nəticəsində Azərbaycanımızın ərazi bütövlüyü bərpa olundu. Qarabağ erməni işğalından təmizləndi. İşğal altında olan torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı. Sizə hədsiz minnətdarıq Ali Baş Komandanımız. Uca Tanrı Sizi qorusun.
Hörmətlə,
Seyidov Nicat Yaqub oğlu,
Azərbaycan Respublikası, Ağcabədi rayonu.