Zaqatala rayonunun Kəpənəkçi kənd sakinlərindən, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident! Azərbaycan xalqına, Azərbaycan əsgərinə güvənən Ali Baş Komandan!
Sizi tarixi “Qələbə” günümüz münasibətilə təbrik edirik. Azərbaycan xalqı Sizin sayənizdə Qələbəni nəfəs qədər tez müddətdə yaşadı. Bütün dünya Azərbaycan xalqının gücünü, birliyini Sizin dəmir yumruğunuz sayəsində gördü, cənab Prezident! Biz inanırıq ki, Ulu Öndərimizin müqəddəs ruhu bizimlədir. Azərbaycan adlı ölkəsini əmanət etdiyi övladının nurlu əməllərinə, dəmir iradəsinə, xilaskarlıq missiyasına baxıb sevinir.
Möhtərəm Cənab Prezident.
Siz müzəffər Azərbaycan Ordusunun önündə gedərək, işğalda olan torpaqlarımızı şərəflə, ləyaqətlə alaraq Azərbaycan xalqının qəlbində Azərbaycanın özü boyda bir qala ucaltdınız. Bu qala, sevgidən , mərdlikdən, dözümdən yoğurulan İlham Əliyev qalasıdır. Zəfəriniz mübarək, cənab Prezident! Qoy həmişə Sizin adınız Azərbaycan xalqı ilə qoşa çəkilsin.
Dərin hörmət və ehtiramla,
Zaqatala rayonunun Kəpənəkçi kənd sakinləri.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Kəpənəkçi kəndi.