15 noyabr 2020, 10:45

Aygün Əlizadədən, Ağcabədi, Azərbaycan

Hörmətli, cənab Prezident.

Sizin səlis, aydın, vurğulu, ahəngdar nitqinizlə Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini verməyiniz bizim yeni dil açan körpəmizin də “Şuşa” kəlməsini işlətməsinə vəsilə oldu. Sizin rəhbərliyinizlə rəşadətli ordumuzun qazandığı bütün qələbələr yeni tarix yazır. Bu tarixlər əbədi yaddaşımıza həkk olunacaq. Cənab Prezident, Sizi Azərbaycanın baş tacı, bütün Qafqazın mədəniyyət beşiyi, xarı bülbül diyarı - Şuşa şəhəri və işğal altında olan bütün torpaqlarımızın azad edilməsi, zəfər günümüz münasibətilə ürəkdən təbrik edirəm. Böyük sevinc və qürur hissi ilə “Var Olun” deyirəm. Siz bir təbib tək yaralarımızı sağaltdınız, bizləri bütöv Azərbaycana qovuşdurdunuz. Tanrı Sizi, ailənizi, ordumuzu, xalqımızı qorusun. Bayrağımızı şərəflə qoruyub haqq davamızda son damla qanına qədər döyüşüb qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı veririk.

Qarabağ azaddır! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əlizadə Aygün Yaşar qızı,

ADPU-nun Ağcabədi filialının baş müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.