15 noyabr 2020, 10:25

Sara Məmmədovadan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Qarabağımızın erməni işğalçılarından azad olunması münasibətilə Sizə şəxsən öz adımdan, ailəm adından böyük təşəkkür edirik və deyirik ki, Siz bizim qürur mənbəyimizsiniz, əbədi Prezidentimizsiniz. Daim var olun!

Möhtərəm Prezidentimiz, Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür, çiçəklənən, qüvvətlənən, bütövləşən Azərbaycanın gələcəyi uğrunda apardığınız möhtəşəm işlərinizdə uğurlar arzu edirik.

Qoy od ürəkli, od nəfəsli diyarım Azərbaycan daim var olsun!

Zəfərimiz mübarək olsun!

Hörmətlə,

Məmmədova Sara,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının baş müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.