14 noyabr 2020, 18:10
Reyhan Qasımovadan, Ağdam, Azərbaycan
Əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandan.
Qarabağımızı, Ağdamımızı bizə qaytardığınız üçün Sizə və müzəffər Ordumuza minnətdarıq. Bu günlər nə qədər sevincli olduğumuzu sözlə ifadə etmək çətindir. Doğma torpaqlarımızın yağıdan təmizlənməsi hamımızın ən böyük arzusu idi. Bu arzu artıq gerçəkləşir.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qasımova Reyhan Mehdiqulu qızı.
Azərbaycan Respublikası, Ağdam rayonu, Qaradağlı kəndi.