Anar Orucovdan, Ağstafa, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
“Ağstafa Aqrar Sənaye Kompleksi”nin çoxsaylı işci heyəti adından böyük qürur və sevinc hissi ilə səmimi qəlbdən Sizi salamlayır, Azərbaycan Respublikası Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonunun işğaldan azad olunması münasibətilə Sizi ürəkdən təbrik edirik.
Bu qələbə ilə Siz müzəffər Ali Baş Komandan kimi Azərbaycan Ordusunun, dövlətinin və xalqının nəyə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin məharətini, gücünü bütün dünyaya nümayiş etdirdiniz.
Siz tarixi şəxsiyyət kimi yeni tarix yaradırsınız və son 200 ildə xalqımızın, dövlətimizin haqsız olaraq məruz qaldığı məğlubiyyətlər tarixinin qaranlıq səhifəsini qapadıb, torpaqlarımızın işğal günlərini təqvimdən çıxararaq onları qələbə günləri ilə əvəzləyirsiniz, qalibiyyət səhifəsi ilə başlayan yeni və şanlı tarix yazırsınız.
Möhtərəm cənab Prezident, Ümummilli lider Heydər Əliyev Azərbaycanın yeni tarixində təməlini qoyduğu uğurların davamı olaraq belə bir şərəfli tarix yazdığınıza, bizə milli qüruru və milli dirçəlişi yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Hörmətli Ali Baş Komandan, Sizi bir daha 10 noyabr Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, Sizinlə qürur duyduğumuzu bildiririk.
Hörmətlə,
Orucov Anar,
“Ağstafa Aqrar Sənaye Kompleksi”nin İçraçı direktoru.
Azərbaycan Respublikası, Ağstafa rayonu.