İzzət Öcəkdən, Kırıkkale, Türkiyə
Hörmətli cənab Prezident,
Əvvəla Sizə dərin ehtiramımı bildirir, daha sonra Azərbaycanın haqq mübarizəsini zəfərlə başa çatdırdığınıza görə Sizi və Ordunuzu təbrik edir, Allahdan bundan sonra da addımlarınızı uğurlu, müzəffər etməsini arzulayıram. Tanrıdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu müharibə başlayandan ürəklərimiz Sizlərlə birlikdə döyündü, Sizinlə qürur duyduq.
Allah türkü qorusun, Allah türkə yar olsun, türkün özü var olsun!
Türk olmaq xoşbəxtlikdir. İnşallah Sizin qələbələriniz barədə müjdəli xəbərlər uca türk xalqlarının inkişafına vəsilə olar! Amin İnşallah!
Müraciətimi tanınmış türk şairi Süleyman Özmənin misraları ilə bitirmək istəyirəm.
Öz menem!
Öz menem! ...
Onlar kabuk...öz menem!
Sen yelde savrulan kül
Yüreklerde köz menem!
Ülkü uğruna şehid
Men Süleyman Özmen'em!
Ne Kafkasya ne Prut,
Şu bin yıllık anayurt!
Kurşunlanan bir Bozkurt,
Çıkarılan göz menem! ..
Dinmez gönül sancımız,
Derinleşir acımız...
Alınmazsa öcümüz
Dövülecek diz menem!
Hörmətlə,
İzzət Öcək.
Türkiyə Respublikası, Kırıkkale şəhəri.