14 noyabr 2020, 17:13
Hüseyn Hüseynovdan, Gəncə, Azərbaycan
Müzəffər Ali Baş Komandanımız!
Sizin qətiyyətiniz, əzm və iradənizlə işğal altında olan torpaqlarımız azad edildi. 30 il Azərbaycan xalqı səbir etdi, lakin Ulu Öndərə və Sizə olan inamını itirmədi. Bu müddət ərzində Siz bütün dünya liderləri ilə dostluq, qardaşlıq əlaqələrini qurmaqla iqtisadiyyatımızı möhkəmləndirdiniz, Ordumuzu ən müasir orduya çevirdiniz.
Mən şəxsən öz ailəmiz adından Sizi və müzəffər Ordumuzu doğma Şuşa şəhərimizi və Dağlıq Qarabağımızı işğaldan azad etməniz münasibətilə təbrik edirəm. Allah Sizi, ailənizi və müzəffər Ordumuzu qorusun!
Hörmətlə,
Hüseynov Hüseyn Rəfi oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.