14 noyabr 2020, 17:10

Məsumə Hümbətovadan, Göyçay, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

İlk öncə Sizi səmimi olaraq salamlayır, çətin, şərəfli və son dərəcə məsuliyyətli işlərinizdə böyük uğurlar arzulayıram. Biz inanırdıq ki, Siz bütün gücünüzü, bilik və bacarığınızı, diplomatik səylərinizi daha da artıraraq Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etməyə nail olacaqsınız. Bu gün çox qürurluyuq. Torpaqlarımız Sizin sayənizdə mənfur düşməndən azad olundu, müqəddəs Bayrağımız azad olunmuş torpaqlarımızda dalğalanır. Şuşanın azad olunması isə Qələbəmizin əsasıdır. Mən bu Qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə ən xoş arzularımı bildirirəm. Xocalı şəhid ailəsi kimi yeganə arzumuz isə Sizi Xocalı şəhərində şəxsən bizim evdə qonaq olmağınızı görməkdir.

Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Hörmətlə,

Hümbətova Məsumə Cəlil qızı.

Azərbaycan Respublikası, Göyçay rayonu.