14 noyabr 2020, 17:03

Tural Abdullayevdən, İsmayıllı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Hər zaman Sizin yanınızdayıq. Yaşa, cənab Prezident!

Mən özüm II qrup əlil olmağıma baxmayaraq, könüllü olaraq cəbhəyə getmək üçün qeydiyyatdan keçmişdim. Hər zaman Sizin və Ordumuzun yanında olmağa hazıram.

Cənab Prezident, mənim və bütün Azərbaycan xalqının arzusudur ki, ömürlük Prezidentimiz olasınız. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub və həmişə də olacaq.

Mən öz köməyimi istər COVID-19 mübarizəsində, istərsə də müharibə elan edildikdən sonra Ordumuzdan və xalqımızdan heç vaxt əsirgəməmişəm və həmişə kömək etməyə hazıram.

Yaşasın Ali Baş Komandanımız və qüdrətli Ordumuz!

Hörmətlə,

Tural Abdullayev

Sahibkar

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Təzəkənd kəndi.