14 noyabr 2020, 17:00
İlham Həsənovdan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident, Zati-aliləri,
Azərbaycan xalqına bəxş etdiyiniz bu qürur və fəxarətə görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Uzun illərdən bəri xalqımız üçün mənəvi utanc olan, şəxsiyyətimizi başıaşağı edən haqsızlığı diplomatik məharətinizlə, rəşadətli sərkərdəlik qabiliyyətinizlə aradan qaldırıb çətin bir şəraitdə ermənilərə qalib gəldiniz.
Siz bu əməllərinizlə xalqımızın qəlbində və tarixdə xilaskar, qalib rəhbər kimi əbədi yaşayacaqsınız.
Uca Allah Sizi qorusun!
Hörmətlə,
Həsənov İlham Bayram oğlu.
Azərbaycan Respublikası, Zaqatala rayonu.