14 noyabr 2020, 16:50

Azər Vahabov və başqalarından, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi böyük Qələbəmiz münasibətilə mərkəzimizin bütün kollektivi adından ürəkdən təbrik edirik.

Sizə bütün Azərbaycan xalqının Lideri və Ali Baş Komandanı kimi bu müqəddəs və haqq işində bizlərə bəxş etdiyiniz zəfər və uğurlar üçün sonsuz təşəkkürümüzü bildiririk. Gecə-gündüz çəkdiyiniz əziyyətə görə Sizə və igid əsgərlərimizə minnətdarıq. Allah Sizləri qorusun!

Hörmətlə,

Vahabov Azər Aslan oğlu - Müalicə Diaqnostika Mərkəzinin Dəstək xidmətləri şöbəsinin müdiri

Məmmədov Şamabil Uveyis oğlu - Müalicə Diaqnostika Mərkəzinin Mühasibatlıq şöbəsinin müdiri

Musayev Taryel Ramazan oğlu - Müalicə Diaqnostika Mərkəzinin Baş energetiki

Azərbaycan Respublikası, Zaqatala şəhəri.