14 noyabr 2020, 16:45
Mübariz Mənsimovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Mənim 66 yaşım var. İlk növbədə, Qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, Sizin şəkiliniz döş nişanlarına vurulsun və həmin nişanları fəxrlə sinəmizə taxaq.
Siz xalqımızın uzun sürən həsrətinə son qoydunuz. Sizin qətiyyətli, ardıcıl və uğurlu siyasətiniz nəticəsində uğur qazanacağımıza hamılıqla inanırdıq. Bizi bu böyük zəfərə çatdırdığınız üçün Sizə nə qədər təşəkkür etsək, azdır.
Hörmətlə,
Mübariz Mənsimov
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şıxlar kəndi.