14 noyabr 2020, 16:42
Nicat Hüseynov və Validə İbrahimovadan, Füzuli, Azərbaycan
Əziz Prezidentimiz.
Bu gözəl günləri bizə yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Siz bizim güc və qürur mənbəyimizsiniz. Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir ki, bu gün qüdrətli Azərbaycan Ordusu və Azərbaycan xalqı qalibdir.
Siz bizim əbədi Prezidentimizsiniz. Var olun! Allah Sizi qorusun!
Hörmətlə,
Nicat Hüseynov
Validə İbrahimova
Azərbaycan Respublikası, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndi.