14 noyabr 2020, 16:40
Nəriman Əliyev və Şəhriyar Əliyevdən, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin və güclü Ordumuzun sayəsində rayonumuzun Aybasanlı kəndi də işğaldan azad olundu. Sizə dərin təşəkkürümüzü bildirir, Allahdan Sizə möhkəm cansağlığı arzulayırıq. Biz də hər bir Azərbaycan vətəndaşı kimi Sizinlə qürur duyur, fəxr edirik.
Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz və Ordumuzun igid, cəsur əsgərləri var.
Allah Sizi, əsgərlərimizi və Azərbaycan xalqını qorusun!
Hörmətlə,
Nəriman Əliyev
Şəhriyar Əliyev
Azərbaycan Respublikası, Füzuli rayonu, Aybasanlı kəndi.