14 noyabr 2020, 16:03

Rövşən Əsgərovdan, Kəlbəcər, Azərbaycan

Möhtərəm cənab Prezident, Ali Baş Komandan.

Bizlərə bu qürurlu günləri yaşatdığınıza görə Sizlərə böyük təşəkkür edirik. Heç kimə sirr deyil ki, bu gün Azərbaycan şanlı Ordusunun qələbə zəfərlərindən ruhlanaraq dünyaya ədalət mesajı verir. Bu ruh yüksəkliyi 90-cı illərin əvvəlində mövcud idi, lakin bu hərəkatın lideri yox idi. Bu gün biz fəxrlə deyə bilərik ki, Qarabağ hərəkatının Azərbaycanda lideri İlham Əliyevdir.

Azərbaycan tarixinin 3000 illik bir dövrünə nəzər saldıqda, tam məsuliyyəti ilə deyə bilərik ki, son yüksəliş illəri bu xalqın ən möhtəşəm intibah, özünü dərketmə dövrüdür. Ümummilli liderin təməlini qoyduğu müstəqil Azərbaycan bundan sonra da böyük qalibiyyətlərə imza atacaq. Sizin uğurlu daxili və xarici siyasətiniz öz bəhrəsini verdi. Dünya anlayır ki, Azərbaycan Qarabağın tamhüquqlu sahibidir, ermənilər vaxtilə bura köçürülüblər. Sovet dönəmindən indiyə kimi Qarabağda ermənilər yaşayıb, dünyanın heç bir yerində ermənilərə bu qədər avtonom hüquq verilməyib.

Hörmətli Prezident, bu sadə həqiqəti dünyaya çatdırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Allah Azərbaycanı və Sizi qorusun! Mən Prezidentim və Qarabağ hərəkatının lideri İlham Əliyevlə fəxr edirəm.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əsgərov Rövşən Baloğlan oğlu.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.