14 noyabr 2020, 15:51
Cövhər İbrahimovadan, Zaqatala, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizi və xalqımızı haqlı mübarizəmizdə qazandığımız Qələbə münasibətilə ürəkdən təbrik edirik. Biz qalib olacağımıza əmin idik. Çünki biz Sizə və Azərbaycan Ordusunun gücünə inanırdıq. Biz qalib gəldik. Artıq biz qalib xalqıq.
Qələbə bizimdir!
Yaşasın müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycanın yenilməz Ordusu!
Yaşasın bu Ordunu təşkil edən Ali Baş Komandan!
Yaşasın Sizi özünə Prezident seçən Azərbaycan xalqı!
Hörmətlə,
Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi adından
Cövhər İbrahimova
Azərbaycan Respublikası, Zaqatala şəhəri.