14 noyabr 2020, 15:48

Səlim Əzimovdan, Ağdam, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Mən 65 illik müəllimlik fəaliyyətimin 55 ilini məktəb direktoru vəzifəsində işləmişəm. Hazırda bir təqaüdçü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə qazandığımız Qələbədən böyük qürur duyuram. Yaxın günlərdə digər torpaqlarımızın da işğalçılardan tam təmizləndiyi barədə xəbərləri səbirsizliklə gözləyirik.

Möhtərəm cənab Prezident, mən Sizə öz adımdan və bütün ağdamlılar adından minnətdarlığımı bildirirəm, çünki Siz bütün Azərbaycan xalqına lap bu yaxınlaradək yalnız xəyallarda canlanan günləri yaşadan, Qələbə bəxş edən, cəsarətli, yüksək intelektə və sərkərdəlik qabiliyyətinə malik olan Prezidentimizsiniz.

Bu gün hər birimiz Sizinlə eyni dövrdə yaşadığımız üçün fəxr edir və qürür hissi keçiririk. Allah Sizi və Şanlı Ordumuzu qorusun. Allah Sizi Azərbaycan xalqına çox görməsin. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, bu müqəddəs yolda uğurlar diləyirəm.

Xalq Sizinlədir, müzəffər Ali Baş Komandan.

Hörmətlə,

Səlim Əzimov

Əməkdar müəllim

Azərbaycan Respublikası, Ağdam rayonu.