14 noyabr 2020, 15:42
Yevgeni Xazanovdan, İsrail
Möhtərəm cənab Prezident İlham Heydər oğlu Əliyev.
Azərbaycanda anadan olmuş və hazırda İsraildə yaşayan bütün dostlarım adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edirəm.
Bu tarixi gün təkcə Azərbaycanda deyil, eyni zamanda, bütün dünyada da zəfər salnamələrinə əbədi yazılacaqdır. Bu günlərdə mən Azərbaycan xalqının Qələbəsi ilə sözlə ifadə edilməyəcək sonsuz qürur duyuram!
Allah Sizə uzun ömür, cansağlığı versin, Azərbaycan xalqına dinc səma altında yaşamağı nəsib etsin.
Qarabağ həmişə Azərbaycan olub və olacaq!
Xoş arzularla,
Yevgeni Xazanov
İsrail Dövləti.