14 noyabr 2020, 15:20

Şəfəq Həsənovadan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident.

Adımızı dünya tarixinə qalib və məğrur xalq kimi yazdırdığınız üçün Sizə təşəkkür edirik.

Bilirik ki, bu qələbə yalnız döyüş meydanında qazanılmadı. Sizin hansı sınaqlara tab gətirdiyinizi, nə qədər böyük təzyiqlərə məruz qaldığınızı bilirik. Biz bunları Sizin dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələrdən, təxribat xarakterli sualları necə tutarlı, əsaslı faktlarla cavablandırmağınızdan başa düşürük. Döyüş meydanında da, siyasi meydanda da Siz qalibsiniz, cənab Prezident.

Hörmətlə,

Həsənova Şəfəq Qədulla qızı, Ağdamdan məcburi köçkün, 19 saylı Ağdam rayon məktəbinin direktoru.

Azərbaycan Respublikası, Bərdə rayonu.