14 noyabr 2020, 15:11
Ülkər Hüseynovadan, Füzuli, Azərbaycan
Əziz Prezidentimiz.
Sizi və müzəffər Ordumuzu şanlı Qələbəmiz münasibətilə təbrik edir, bizə bu sevinci yaşatdığınıza görə Füzuli rayonu 33 nömrəli tam orta məktəbin pedoqoji kollektivi adından dərin minnətdarlığımızı bildiririk.
Sizə nə qədər təşəkkür etsək, yenə də azdır, çünki ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz, torpaqlarımızı özümüzə qaytardınız.
Tanrı Sizi və Ordumuzu qorusun!
Hörmətlə,
Ülkər Hüseynova
Əməkdar müəllim
Azərbaycan Respublikası, Füzuli rayonu, Zobucuq 3 qəsəbəsi.