14 noyabr 2020, 14:15

Həqiqət Cəfərovadan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan xalqı üçün etdikləriniz, xüsusilə 30 ildir işğalda olan torpaqlarımızı mənfur düşməndən azad etməyiniz hər bir vətəndaş kimi məni də sevindirir. Minnətdarlığımı Sizə ithaf etdiyim aşağıdakı şeirlə bildirmək istəyirəm:

Tanrım Səni hifz eyləsin,

Dahi Heydər yadigarı,

MiIIətin qeyrəti, vüqarı,

Ordunun igid marşalı,

Tanrım Səni hifz eyləsin.

Ulu rəhbər varisisən,

Heyran etdin hər kəsi sən.

Xalqın deyir Sən müdriksən!

Tanrım Səni hifz eyləsin.

Hörmətlə,

Cəfərova Həqiqət Rəhim qızı

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi.