14 noyabr 2020, 14:08

Sürayyə İsmayılovadan, Tovuz, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Sizin müdrik və düzgün siyasətinizin bəhrəsini bu gün bütün xalq görür. 30 ildən bəri işğalda qalan Qarabağın azad edilməsi birbaşa Sizin rəhbərliyiniz, uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində əldə edildi. Köçkünlərin üzü gülür, Qarabağın gözü gülür. Bu gülüşü xalqa Siz bəxş etdiniz. Xalqımızın sınmış qürurunu qaytardınız. Qarabağın azadlığı uğrunda ali şəhidlik məqamına yüksələn oğulların anaları qarşısında baş əyirəm. Arxalarında Sizin kimi dövlət başçısının olmağı onlara təskinlik verir.

Siz məni “Tərəqqi” medalı ilə təltif etmisiniz. İndiyə qədər Vətənə, xalqa bacardığım qədər xidmət etmişəm. Amma bu gün Sizin Azərbaycan tarixində bir ilk olan, Ermənistan üzərindəki möhtəşəm qələbəniz bizim bütün fəaliyyətimizi kölgədə qoyur. Bu qələbə Sizindir, bu qələbə xalqındır, bu qələbə yenilməz əsgərlərimizin, müzəffər Ordumuzundur və qardaş Türkiyənindir. 4 ildə işğal edilmiş və ötən illərdə güclü istehkam qurulmuş torpaqları 45 gün ərzində azad etmiş Sərkərdə kimi əvəzsizsiniz. Mənim ürəyimdən keçir ki, məhz bu tarixi qələbə münasibətilə Siz “Generalissimus” çininə layiq görüləsiniz.

Uca Allah Sizi, bu qələbənin əldə edilməsində yanınızda olan hər kəsi və Müzəffər Ordumuzu, xalqımızı qorusun! Qoy Ulu Tanrı Sizə və Mehriban xanım Əliyevaya uzun və sağlam ömür nəsib etsin və Sizi hər an pənahında saxlasın!

Dərin hörmətlə,

Sürayyə İsmayılova

“İQİN” İctimai Birliyinin sədri

Azərbaycan Respublikası, Tovuz rayonu.