14 noyabr 2020, 13:56
Rıfat Sağlamdan, Hatay, Türkiyə
Hörmətli cənab Prezident.
Biz türklər Azərbaycanın qazandığı Qələbələrə elə azərbaycanlılar qədər sevinirik. Torpaqların geri alınması hamımızı qürurlandırır.
Artıq rahat nəfəs ala bilərik, dədə babalarımızın ruhu şad ola bilər. Vətən torpağı işğalçıdan azad olundu.
Ulu Atatürkümüzün dediyi kimi, türkün türkdən başqa dostu yoxdur. Mən də Azərbaycan xalqının yaxın dostu kimi qazandığınız qələbələrdə az da olsa töhfəm olsun deyə balaca ərmağan göndərirəm.
Sizi və Azərbaycan xalqını çox sevirəm. Sizin cəsurluğunuz, cəsarətiniz bizi də ürəkləndirir, ruhlandırır.
Dünya var olduqca Türkiyə və Azərbaycan dostluğu da var olacaq.
Hörmətlə,
Rıfat Sağlam
Türkiyə Respublikası, Hatay şəhəri.