14 noyabr 2020, 13:32

Xalidə Quliyevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Mən bir şəhid anası kimi Sizin qarşınızda baş əyirəm. 28 il ərzində qisas yanğısı ilə qovrulan ürəyimə su səpdiniz. Sizin komandanlığımız altında müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi və şəhidlərimizin qisasını o faşist ermənilərdən aldı. Azərbaycan Ordusunun əldə etdiyi bu Qələbə bütün xalqımız kimi məni də şad etdi.

Allah şanlı Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Xalidə Quliyeva

Şəhid anası

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Təzəkənd kəndi.