14 noyabr 2020, 13:17

Knyaz Əliyevdən, Bərdə, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Böyük Qələbə münasibətilə Sizi, müzəffər Azərbaycan Ordusunu, xalqımızı təbrik edirik. Qazandığınız bu zəfərlərə görə Siz əsl Milli Qəhrəman adına layiqsiniz. Kəndimizin sakinləri hesab edir ki, bu ad ilk növbədə Sizə - Ali Baş Komandanımıza verilməlidir. İnanırıq ki, bu məsələ bütün Azərbaycan xalqının da ürəyincə olar.

Allah şanlı Ordumuzu və Sizi qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Knyaz Əliyev

Tumaslı kənd sakinləri adından

Azərbaycan Respublikası, Bərdə rayonu, Tumaslı kəndi.