14 noyabr 2020, 13:07
İbrahim Həsənovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Sizin qətiyyətli addımlarınız, peşəkar diplomatiyanız bütün dünyaya səs saldı.
Siz qalib xalq kimi bütün dünyada başımızı uca etdiniz.
Allah Sizi, ailənizi, xalqımızı, müzəffər Ordumuzu qorusun!
Hörmətlə,
İbrahim Həsənov
Azərbaycan Respublikası, Ağcabədi rayonu.