Xanlar Kərimovdan, Qəbələ, Azərbaycan
Möhtərəm cənab Prezident.
İcazə verin, xalqımızın əvəzsiz Prezidentini, sərkərdəsini, diplomatını, böyük İnsanın böyük Oğlunu bizlərə Qələbə qüruru və sevinci yaşatdığı üçün ürəkdən təbrik edim. Sizə cansağlığı, valideyn xoşbəxtliyi arzulayıram. Bu Qələbəni Sizin rəhbərliyiniz altında həyatını, gələcəyini ortaya qoyan müzəffər Azərbaycan əsgərinin, zabitinin sayəsində qazanmışıq. Bu Qələbə ilə Siz özünüzün və Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdiniz. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Ali Baş Komandana! Ulu Öndərimizə, Zərifə xanıma Allah qəni-qəni rəhmət eləsin. Nə yaxşı ki varmışlar, nə yaxşı ki, Sizin kimi bir oğulu bizə ərmağan etmişlər.
Cənab Prezident, bütün bunlar sıradan bir iş deyil. Bütün bunların hamısı İlahidəndir. Valideyndən övladına keçən ilahi bir güc.
Bu möhtəşəm Qələbənin əldə olunmasında şəhid düşən Vətən övladlarının əziz xatirəsi önündə dərin hörmət və minnətdarlıqla baş əyirəm. Bədəninin müəyyən hissəsini itirən, əlil olmuş hərbçilərimizə şəfalar diləyir, yaralı qardaşlarımıza tezliklə sağalmalarını arzulayıram.
Türkiyə dövlətinə, xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana göstərdikləri misilsiz mənəvi və siyasi dəstəyə görə təşəkkür edirəm. Tanrı Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını qorusun!
Cənab Prezident, Siz ilk gündən işğal olunmuş torpaqların Azərbaycana qaytarılacağını bildirirdiniz. Sizin sözünü tutan birisi olduğunuzdan, bütün xalq da bunu ancaq Sizin bacara biləcəyinizə inanırdı. Azərbaycan xalqı hər zaman Sizin arxanızda oldu və Sizə sonsuz dəstək ifadə etdi. Nəhayət, Azərbaycana Qələbə sevinci yaşatdınız. Siz bu Qələbənizlə Ulu Öndərin arzularını gerçəkləşdirdiniz. Ərazisi işğal olunmuş, suveren haqları tapdanmış bir ölkəni, Azərbaycan Respublikasını dünya xəritəsində layiq olduğu yerə qoydunuz. Allah Sizə qıymasın! Allah daim Sizi, Ordumuzu və xalqımızı qorusun! Amin! Qarşınızda baş əyir, ən dərin hörmətimi, minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Xanlar Kərimov
Azərbaycan Respublikası, Qəbələ rayonu.