14 noyabr 2020, 12:14
Turabxan Həsənlidən, Qubadlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanın müzəffər ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki parlaq qələbəsi xalqımızın tapdanmış qürurunu yenidən özünə qaytardı. Artıq dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar qürurla “mən azərbaycanlıyam və mənim prezidentim İlham Əliyevdir” deməyi böyük iftixar hiss edir. Sizə nə qədər təşəkkür etsək, azdır. Bu 17 ildə Sizin yürütdüyünüz daxili və xarici siyasətin nəticəsidir ki, xalqımız böyük sevinc hisslərinə bürünüb. Allah Sizi və şanlı Azərbaycan Ordusunu qorusun.
Hörmətlə,
Turabxan Həsənli
Azərbaycan Respublikası, Qubadlı rayonu.