14 noyabr 2020, 12:00

Elman Məmmədovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Gözün aydın, Azərbaycan! Qələbən mübarək! Eşq olsun Sizə, Ali Baş Komandan! Eşq olsun Sizə, cənab Prezident! Eşq olsun sənə Azərbaycan Ordusu!

Cənab prezidentimiz, Siz 30 il ərzində mümkün olmayanı mümkün etdiniz. Xalqla dövlət arasında körpünü və birliyi yaratdınız. Millətin özünə inamını bərpa etdiniz. Xalqımızın sınmış qürurunu özünə qaytardınız. Ermənilər bizim adımızı, mətbəximizi oğurlayıb, öz milli musiqimizlə öz torpağımızda - Şuşada yallı getməsinə dözmədiniz, əsl azərbaycanlı olaraq, onları özünüzün dediyiniz kimi "iti qovan kimi" qovdunuz. Ərazi bütövlüyümüzü bərpa etdiniz. İşğal altında olan rayonlarımızı, o cümlədən, Qarabağın gözü olan Şuşanı əsirlikdən qurtardınız. Eşq olsun Sizə, cənab Prezident! Eşq olsun Sizə, cənab Ali Baş Komandan! Çox sağ olun, bizləri Qələbə sevinci ilə belə sevindirdiniz. Sizin qətiyyətiniz, iradəniz və uzaqgörən siysətiniz sayəsində, erməniləri ilk olaraq, masa arxasında məğlub elədiniz. Sübut olaraq, bu gün ermənilər başda Paşinyan olmaqla, siyasətdə olduğu kimi, döyüş meydanındada tək qaldılar. Məğlub duruma düşdülər. Siz ermənipərəst jurnalistləri öz yerlərində oturdaraq, təmkinlə və faktlarla onlara deyərdim ki, dərs keçdiniz, reallığı sübut edərək, ermənilərin Paşinyan hakimiyyətini iflasa uğratdınız. Eşq olsun Sizə, cənab Ali Baş Komandan! Çox sağ olun, bizə inamı, sevinci qaytardınız!

Hörmətlə,

Elman Məmmədov

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.