Azərbaycan Rəssamlar İttifaqının kollektivindən, Bakı, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
İcazə verin, Sizə bütün xalqımız kimi Azərbaycan rəssamlarının da torpaqlarımızın faşist xislətli işğalçıdan azad edilməsi kimi çoxdan gözlədiyimiz böyük Qələbə münasibətilə duyduğu izah edilməz sevinci çatdıraq.
Sizin həm iqtisadi, həm də siyasi sahələrdə sərf etdiyiniz nəhəng əməklə ərsəyə gətirilmiş, Ali Baş Komandan kimi bacarıqla yönəltdiyiniz super müasir ordu sayəsində yetişdiyimiz bu möhtəşəm gündə ürəklərimiz qürur və minnətdarlıq hissləri ilə dolub-daşır.
Parlaq əks-hücum həyata keçirməklə Siz işğalçının "məğlubedilməz" ordusunu darmadağın etdiniz və bununla da XXI əsrdə döyüşlərin aparılması sahəsində yeni dərs nümayiş etdirmiş oldunuz.
Sizin çağımızın ən məşhur media resurslarına müxtəlif dillərdə inamla verdiyiniz çox saylı müsahibələr özünün siyasət elmi baxımından dərinliyi və eləcə də dilinin zənginliyi ilə dünyaya onun yeni liderlərindən birini tanıtmış oldu.
Öz Prezidenti ətrafinda yumruq kimi birləşmiş Azərbaycan xalqı və ordusu bütöv dünyanı və işğalçını onunla hesablaşmağa vadar etdi və bizə rəşadətli qələbə gətirdi.
Bu qələbə günümüz yeni eranın başlanğıcı olaraq bütün Azərbaycan xalqnı inkişafin yeni səviyyəsinə yüksəldəcəkdir. Qoy Azərbaycanı tənəzzüldən xilas edərək möhkəm dövlətimizi onun gələcək inkişafina və çiçəklənməsinə olan əminliklə layiqli əllərə həvalə etmiş ulu öndərin və bu günü görə bilməyən bütün soydaşlarımızın ruhlan rahat uyusun.
Yaşasın Prezident və Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu və onun qəhrəmanları!
Hörmətlə,
Azərbaycan Rəssamlar İttifaqının kollektivi
Azərbaycan Respublikası, Bakı şəhəri.