Kadir Başardan, Ankara, Türkiyə
Hörmətli cənab Prezident,
44 gün davam edən və Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Qarabağ müharibəsi dövründəki göstərdiyiniz, yüksək liderlik keyfiyyətləri digər ölkələrin başçıları üçün bir nümunədir.
Azərbaycan Ordusunun müasir vasitələrlə və silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlanması və çox çətin relyefli ərazidə inamla qalib gəlməsi dünyanın bir çox yerində həsəd və qısqanclıqla qarşılandı.
Allah Bir daha Azərbaycana 1992-ci ilin fəlakətlərini yenidən yaşamağa imkan verməsin, həmişə qalib gələnlərdən eləsin. Azərbaycanın yolu açıq və həmişə güclü olsun.
Sizə cansağlığı və uğurlar diləyirəm.
Hörmətlə,
Kadir Başar.
Türkiyə Respublikası, Ankara şəhəri.