14 noyabr 2020, 11:00

Seyran İsmayılovdan, Lerik, Azərbaycan

Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

İcazə verin bu böyük tarixi qələbə münasibəti ilə Sizi təbrik edim və bu böyük sevinci bizə yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımı bildirim. Biz bu böyük tarixi qələbəyə məhz sizin müdrik, uzaqgörən siyasətiniz nəticəsində nail olduq. Bir zamanlar Ulu Öndərimizin haqqınızda dediyi “Mən ona özüm qədər inanıram" sözləri bugünkü tarixi Qələbəmizin xeyir duası idi. Xalq, Prezident, Ordu birliyi mənfur düşməni məhv etdi, onu müqəddəs torpaqlarımızdan birdəfəlik təmizlədi. Cənab Prezident Sizə tanrıdan uzun ömur, cansağlığı və güclü Azərbaycan naminə bol enerji arzulayıram. Tanrı Sizi qorusun. Qarabağ Azərbaycandır!

Hörmətlə,

İsmayılov Seyran Maarif oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Çayrud kəndi.