14 noyabr 2020, 10:54

Nəsir Rəsulovdan, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən II qrup Qarabağ əliliyəm. Əfqanıstan müharibəsinin də ağrı-acısını görmüşəm.

Həmişə inanırdım ki, Qarabağ erməni işğalından azad olunacaq. Bu zəfərin Sizə aid olacağından isə əmin idim.

İlhamlı günlərimizin xoş gələcəyini görürəm. Mən də xalqımız kimi Sizin Milli Qəhrəman olmağınızı arzu edirəm.

Allahın ən xeyirli duasının Sizi və ailənizi hifz etməsini diləyirəm.

Hörmətlə,

Rəsulov Nəsir Hacı oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu.