Nərmin Əliyevadan, Bakı, Azərbaycan
Mənim azad və bütöv Azərbaycanımın Müzəffər Ali Baş Komandanı!
İllərdir yürütdüyünüz uğurlu siyasət bugünkü qələbələrimizin təminatıdır. Əminəm ki, fəaliyyətiniz dünya siyasətçiləri və tarixçiləri tərəfindən uzun illər öyrəniləcək.
Siz bizə - 10 milyonluq Azərbaycan xalqına necə böyük bir ailə ola biləcəyimizi öyrətdiniz. Siz bizə azadlığı daddırdınız. Allah Sizi bizə çox görməsin.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olaraq ən böyük arzum məhz Azərbaycan abidələrinin xüsusi qorunma fondu sahəsində çalışmaqdır.
Mən bu gün Sizin sayənizdə Qarabağ abidələrini canlı görəcək və araşdıracağam.
Qələbəmiz mübarək, cənab Prezident! İnanın ki, Azərbaycan xalqı, o cümlədən bütün gənclər Sizinlə fəxr edir. Allahın xalqımıza hədiyyəsi olan ümummilli liderimiz Heydər Əliyevə rəhmət diləyir və onun uğurlu davamçısı kimi Sizi bu Qələbə münasibətilə ürəkdən təbrik edirəm!
Hər hərəkətiniz əzbərimiz, hər dediyiniz söz qanunumuzdur!
Hörmətlə,
Əliyeva Nərmin Samir qızı,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.