14 noyabr 2020, 09:32

Günay Fətullayevadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident!

Siz xalqımızın 30 illik intizarına son qoydunuz. Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımız mənfur düşmən işğalından azad olundu. Bu Qələbə münasibətilə Sizi və Mehriban xanımı ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Mən birinci Qarabağ müharibəsi iştirakçısının qızı olaraq Sizinlə və Ordumuzla qürur duyuram. Sizin kimi Prezidentimiz və güclü Ordumuz olduğu üçün bizim xalqımız çox şanslıdır.

Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycan!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Fətullayeva Günay Seyidməhəmməd qızı,

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.