13 noyabr 2020, 20:24

Akademik İsmayıl İbrahimovun ailə üzvlərindən, Bakı, Azərbaycan

Hörmətli Prezident, əziz İlham Heydər oğlu Əliyev!

Böyük savaşda qazandığımız Qələbəyə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm! Sizin adınız ölkəmizin tarixinə əbədi yazılacaq. Tarixi ədalətin bərpası uğrunda xalqımızın apardığı mübarizənin nəticəsini Sizin iradə və qətiyyətiniz müəyyən etdi. 30 ildən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu işdə Sizin çox böyük xidmətiniz var.

Siz Ali Baş Komandan kimi bizim Qələbəmizi təmin etdiniz, Azərbaycan xalqının öz qüvvələrinə inamını qaytardınız.

Hörmətli İlham müəllim!

Bu möhtəşəm Qələbəyə görə Sizə - millətimizin görkəmli liderinə bir daha səmimi-qəlbdən təşəkkür edirik, ölkəmiz və xalqımız üçün etdiyiniz hər şeyə görə, dahi Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiyinizə görə minnətdarlığımızı bildiririk!

Hörmətlə,

Akademik İsmayıl İbrahimovun ailə üzvləri: Aydın İbrahimov, Akif İbrahimov, Nərminə Süleymanova, Ləman Əlizadə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.