13 noyabr 2020, 20:22

Yemilxan Əhmədovdan, Ucar, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Siz ölkəmizin şanlı, əvəzolunmaz sərkərdəsi, qəhrəman Prezidentisiniz. Uzaqgörən siyasi bacarığınız ilə dünya birliyində layiqli yer tutan dahi bir şəxsiyyətsiniz. Sizi böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə bu qabiliyyəti bəxş edən Ulu Öndər Heydər ataya, Sizə ana südü verən Zərifə xanıma Allahdan rəhmət diləyirəm, ruhları şad olsun.

Biz, 5 min nəfərdən artıq əhalisi olan Yuxarı Şilyan kənd camaatı adından Sizə “Milli Qəhrəman” adı verilməsini təklif edirik. Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti olaraq Sizin – iki qardaşın Bakının mərkəzində büstünün qoyulmasını arzulayırıq.

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların əzizlərinə, bütün Azərbaycan xalqına başsağlığı veririk. Zəfər, Qələbə bayramınız mübarək olsun!

Var olasınız, cənab Prezident!

Hörmətlə,

Yemilxan Əhmədov

Azərbaycan Respublikası, Ucar rayonu, Yuxarı Şilyan kəndi.